Rəqsanə Məmmədova rəqəmsal marketinq haqqında bloq
Oprah Winfrey
Bir şeyi istədiyinizi və ya bir şeyə inandığınızı təyin etdiyinizdə bunu ilk eşidən sizsiniz. Bu sizə və digərlərinə nəyin mümkün olacağına dair bir mesajdır. Edə biləcəklərinizə heç bir zaman sərhəd qoymayın
Gəlirli peşə axtaranlar üçün - “Bu sahədəki vakansiyaların sayı “SMM mütəxəssis”ləri ötüb keçəcək”
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova gəlirli peşə axtaranlar üçün yazır… Sosial şəbəkələrin inkişafı yeni peşələr yaradır. Son vaxtlar “Reels maker” vakansiyalarına rast gəlirik. Əminəm ki, 2-3 ildən sonra belə vakansiyaların sayı “SMM mütəxəssis”ləri ötüb keçəcək. “Reels maker” peşəsi, “İnstagram reels”, “Youtube shorts”, “Stories” formatları və “Tik-Tok” platformasının inkişafından sonra yarandı. “Reels” formatında olan qısa videolar daha çox baxış yığa bilir. Marketinq üçün bu çox önəmlidir. Şirkətin “reels” formatında olan videoları keyfiyyətli olduğu təqdirdə, blogerlərin kontenti ilə belə rəqabət apara bilir.
“Reels maker”in əsas fəaliyyəti: - kreativ videoların ssenarilərinin yaradılması - video çəkiliş - montaj, yerləşdirmə və analiz Yəni, gəlirli peşə axtarırsızsa, “reels” videoların yaradılmasını öyrənin.